Estoniya XİN vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib

Estoniya XİN vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib
# 30 sentyabr 2022 14:38 (UTC +04:00)

Estoniya vətəndaşlarına Rusiyaya getməmək barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiyanın hərbi fəaliyyətinə görə, Rusiyaya hər hansı təcili olmayan səfərdən çəkinməyi tövsiyə edirik. Rusiyada müvəqqəti olan Estoniya vətəndaşlarından mümkünsə Rusiyada qalma ehtiyacını yenidən nəzərdən keçirməyə və Estoniyaya qayıtmağı xahiş edirik".

XİN bildirib ki, hazırda Rusiyada olan ikili vətəndaşlığa sahib olan (həm Estoniya, həm də Rusiya) olan şəxslər nəzərə almalıdırlar ki, onlar orada Rusiya vətəndaşı hesab olunur və ehtiyac olduğu halda Estoniyanın bu şəxslərə konsulluq xidməti göstərməsi imkanı məhduddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR