Estoniyanın Baş naziri NATO-nun tezliklə şərq cinahını gücləndirəcəyini bildirib

Kaya Kallas

© APA | Kaya Kallas

# 30 iyun 2022 16:19 (UTC +04:00)

NATO tezliklə şərq cinahını gücləndirəcək.

APA xəbər verir ki, bu bəyanatla Estoniyanın Baş naziri Kaya Kallas çıxış edib.

O bildirib ki, NATO tezliklə şərq cinahını Madrid sammitində təsdiq olunmuş plana əsasən gücləndirməyə başlayacaq.

Onun sözlərinə görə, Rusiya ilə sərhəddə NATO-nun möhkəmlənməsi planı “artıq sabahdan” həyata keçiriləcək:

“Bu planlar sadəcə kağız üzərində deyil, həm də reallıqdır. Biz tamamilə əminik ki, bu planlar həyata keçiriləcək. Biz addımbaaddım irəliləyəcək və bütöv bir il gözləməyəcəyik, elə sabahdan bu planların həyata keçirilməsinə başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR