Evinə mərmi düşən Ukraynanın məşhur iş adamı və həyat yoldaşı ölüb  

Aleksey Vadaturskiy

© APA | Aleksey Vadaturskiy

# 31 iyul 2022 13:01 (UTC +04:00)

Ukrayna Qəhrəmanı, "Nibulon" taxıl ticarəti şirkətinin sahibi Aleksey Vadaturskiyin evinə mərmi düşüb.

APA-nın "Ukrainskaya pravda" qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya hərbi qüvvələri bu gecə Nikolayev şəhərini atəşə tutub.

Mərmilərdən birinin biznesmenin evinə düşməsi nəticəsində o və həyat yoldaşı həlak olub.

Qeyd edək ki, "Forbes Ukraina" jurnalının məlumatına görə, Aleksey Vadaturskiy 2021-ci ildə 430 milyon dollarla Ukraynanın 100 ən varlı insanı arasında 24-cü sırada olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR