“Facebook” və “Instagram”ın sahibini 400 milyon avro cərimə gözləyir

“Facebook” və “Instagram”ın sahibini 400 milyon avro cərimə gözləyir
# 05 yanvar 2023 08:13 (UTC +04:00)

“Facebook” və “Instagram” sosial şəbəkələrinin sahibi olan “Meta” şirkətini 400 milyon avro cərimə gözləyir.

APA-nın məlumatına görə, bu barədə İrlandiyanın məlumatların qorunması üzrə tənzimləyicisi DPC məlumat yayıb. Cəriməni ödəməkdən əlavə, Meta, DPC-nin müdaxilə və istifadəçi hüquqlarını pozan hesab etdiyi sosial media reklamları ilə bağlı siyasətini dəyişməli olacaq.

Avropanın aparıcı məlumatların mühafizəsi şirkəti olan DPC, Meta-nın abunəçilərin məxfi saxlanılmalı olan məlumatların reklam məqsədləri üçün istifadə etdiyi qənaətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR