Fahrettin Altun İsveç XİN rəhbərini PKK ilə bağlı yalan danışmaqda ittiham edib

Fahrettin Altun İsveç XİN rəhbərini PKK ilə bağlı yalan danışmaqda ittiham edib
# 20 may 2022 15:06 (UTC +04:00)

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İsveç xarici işlər naziri Ann Lindeni dezinformasiya yaymaqda ittiham edib.

APA xəbər verir ki, bu barədə Fahrettin Altun İsveç xarici işlər nazirinin onun ölkəsinin PKK-nı terror təşkilatı kimi tanımaqla bağlı açıqlamasına "Twitter"də cavab verib.

“Bu, dezinformasiya ilə mübarizə adı altında dezinformasiyadır. İsveç PKK-nın davam edən təbliğatını, pul toplama və ətrafına yeni üzvlər götürmə səylərini dayandırmaq istiqamətində heç bir səy göstərmir. İsveç Türkiyədə digər hücumlarla yanaşı, kamikadze partlayışları törədən terrorçuları da silahlandırır.
İsveç PKK-nın Suriya komponenti olan YPG-yə Türkiyəyə qarşı həmrəylik ifadə edib və İŞİD də daxil olmaqla, terror qrupları ilə mübarizə aparmaq üçün Suriyaya döyüşçülər yerləşdirən ilk NATO müttəfiqi olan Türkiyəyə qarşı maliyyə təklif edib.

Dürüstlük ən yaxşı siyasətdir, Ann Linde. Gözümüzün içinə baxıb yalan danışmağa davam edirsiniz. Siz terror təşkilatı PKK-nı dəstəkləməyə davam edirsiniz.

Əgər İsveç həqiqətən də PKK-nı terror təşkilatı hesab edirsə, lazım olanı etməlidir”, - Altun bəyan edib.

Qeyd edək ki İsveçin xarici işlər naziri Ann Linde "Twitter" hesabında paylaşım edərək bildirib ki, İsveç və PKK arasındakı münasibətlərlə bağlı yanlış informasiya və təsəvvür var. O qeyd edib ki, 1984-cü ildə Türkiyədən sonra ilk dəfə İsveç PKK-nı terrorçu təşkilat kimi tanıyıb və İsveçin bu mövqeyi dəyişməz olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR