Fatih Dönməz: Avropa bazarı üçün qaz ticarət platforması hazırdır

Fatih Dönməz: Avropa bazarı üçün qaz ticarət platforması hazırdır
# 07 yanvar 2023 02:03 (UTC +04:00)

Türkiyənin energetika naziri Fatih Dönməz qaz ticarət platformasının Avropa bazarı üçün hazır olduğunu açıqlayıb.

APA-nın xəbərinə görə, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

“Hazırda biz yol xəritəsinin hazırlanmasını başa çatdırırıq. Fiziki infrastrukturumuz hazırdır. Dörd ildir biz Türkiyədə milli bazar üçün ticarət qaz platforması işlədirik”, - deyə Dönməz bildirib.

O əlavə edib ki, Azərbaycan, Rusiya və İran Avropa bazarı üçün nəzərdə tutulan bu platformada oyunçu ola bilər.

“Bizim çoxlu terminalımız var və biz bazar açırıq. Türkiyə ticarət yeri olacaq və qazın qiyməti burada formalaşacaq”, - Dönməz vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR