Finlandiya Baş naziri İrpen və Buçaya gedib

Finlandiya Baş naziri İrpen və Buçaya gedib
# 26 may 2022 13:32 (UTC +04:00)

Finlandiyanın Baş naziri Sanna Marin Ukraynaya səfəri çərçivəsində İrpen və Buçaya gedib.

APA xəbər verir ki, bu barədə İrpen Şəhər Şurasının "Telegram" kanalında məlumat verilib.

“Biz şəhərimizin bərpasına yardım məsələlərini müzakirə etdik, çünki İrpenə çox ziyan dəyib. Şəhərin 70%-dən çoxu dağılıb. Belə ki, İrpen Kiyevin qalxanı olub. Ukraynanın ərazi bütövlüyü ilə bağlı güzəştsiz beynəlxalq mövqeyə, Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə, hərbi dəstək və köməyə görə təşəkkür edirəm”, - İrpen Şəhər Şurasının rəhbəri Anjela Makeyeva bildirib.

Qeyd edək ki, Finlandiya Baş naziri Ukraynaya gözlənilməz səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR