Finlandiya Baş naziri: NATO-ya İsveçlə birgə üzvlüyümüz hamının xeyrinədir

Finlandiya Baş naziri: NATO-ya İsveçlə birgə üzvlüyümüz hamının xeyrinədir
# 02 fevral 2023 18:45 (UTC +04:00)

"İsveç və Finlandiyanın eyni vaxtda NATO-ya üzv olması hər kəsin xeyrinədir".

APA xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin isveçli həmkarı Ulf Kristersson ilə birgə mətbuat konfransında deyib.

"Bu gün aydın mesaj göndərməyimiz çox vacibdir. Finlandiya və İsveç birlikdə müraciət ediblər və bizim birlikdə üzvlüyümüz hamının marağına uyğun olardı", - Marin bildirib.

Finlandiya hökumət başçısı İsveçin "problem" kimi göründüyü müzakirələrdən xoşlanmadığını da qeyd edib.

"İsveçin sinfin çətin uşağı kimi təqdim edildiyi bu atmosferi və ya mənzərəni bəyənmirəm", - Marin İsveçin NATO-nun bütün üzvlük meyarlarına cavab verdiyini vurğulayıb.

Finlandiyanın rəy institutunun sorğusuna əsasən, cavab verən finlərin 53 faizi Finlandiyanın NATO-ya üzvlüyünün İsveçin üzvlüyündən asılı olmamasını istəyir. Amma Sanna Marinin fikrincə, bu, aktual deyil: "NATO-ya üzv olan bütün dövlətlərin müraciətimizi təsdiqləyəcəyinə inanırıq", - Baş nazir bugünkü mətbuat konfransında hər iki ölkənin NATO-ya üzv olmaq üçün tələblərə cavab verdiyini vurğulayaraq Finlandiya və İsveçin təhlükəsizliyinin bir-birinə bağlı olduğunu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR