Finlandiya İsveçlə birlikdə NATO-ya üzv olmaqda qərarlıdır

Filnadiya prezident iqamətgahı

© APA | Filnadiya prezident iqamətgahı

# 01 fevral 2023 14:19 (UTC +04:00)

Finlandiya İsveçlə birlikdə NATO-ya üzvlük prosesini təşviq etməyə davam edir.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezident Ofisinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu gün Prezidentin, xarici işlər və təhlükəsizlik siyasəti nazirlərinin iclasında Rusiyanın Ukraynadakı işğalçı müharibəsi və Finlandiyanın NATO-ya üzvlük prosesinin gedişatı müzakirə olunub.

“Finlandiya İsveçlə birlikdə üzvlük prosesini təşviq etməkdə davam edir. Hər iki ölkənin üzvlüyünün mümkün qədər tez reallaşması Finlandiyanın, İsveçin və bütövlükdə NATO-nun marağındadır”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR