Finlandiya MN: Rusiya helikopteri ölkənin hava məkanını pozub

Finlandiya MN: Rusiya helikopteri ölkənin hava məkanını pozub
# 04 may 2022 20:30 (UTC +04:00)

Rusiyaya məxsus helikopter Finlandiyanın hava məkanına daxil olub.

APA-nın xəbərinə görə, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Rusiya HHQ məxsus Mi-17 tipli helikopter ölkənin hava məkanına icazəsiz 5 kilometr daxil olub. Bu, rus aviasiyasının Finlandiyanın hava məkanına qanunsuz daxil olması ilə bağlı ay ərzində birinci, il ərzində isə ikinci faktdır.

Qeyd edək ki, aprelin 8-də Rusiyaya məxsus hərbi təyyarə qısa müddətə Finlandiyanın hava məkanına daxil olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR