Finlandiya NATO-ya üzv olandan sonra ölkəyə nüvə silahı gətirilməyəcək

Sauli Niinistö

© APA | Sauli Niinistö

# 07 noyabr 2022 15:13 (UTC +04:00)

“Finlandiya NATO-ya üzv olandan sonra ölkəyə nüvə silahı gətirilməyəcək və hər hansı ölkə bizə bu silahı təklif etməyib”.

APA Yle (Yleisradio Oy) teleradio kompaniyasına istinadən xəbər verir ki, bunu Finlandiyanın Prezidenti Sauli Niinistö milli müdafiə üzrə təlim kurslarının açılışı zamanı deyib.

O həmçinin əlavə edib ki, nüvə silahı NATO-nun arsenalının ayrılmaz hissəsidir və bu “alət” hədəfi vurmaq üçün deyil, profilaktika üçündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR