Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə yekdilliklə səs verib

Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə yekdilliklə səs verib
# 17 may 2022 16:46 (UTC +04:00)

Finlandiya parlamenti NATO-ya üzvlüklə bağlı təklifə səs verib.

APA "Aftonbladet"ə istinadən xəbər verir ki, bu barədə parlamentin spikeri Matti Vanhanen deyib.

O bildirib ki, parlamentdə keçirilən səsvermədə 188 parlamentari NATO-ya üzvlüklə bağlı müraciətin lehinə, 8-i isə əleyhinə səs verib.

Ölkənin xarici işlər naziri Pekka Haavisto isə deyib ki, üzvlüklə bağlı müraciət məktubu bu gün axşam göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR