Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb
# 20 aprel 2022 16:56 (UTC +04:00)

Finlandiya parlamentində NATO-ya üzvlüklə bağlı müzakirələr başlayıb.

APA AFP-yə istinadən xəbər verir ki, parlament Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ölkədə NATO-ya siyasi və ictimai dəstəyin artması ilə əlaqədar alyansa üzvlüklə bağlı müzakirələrə başlayıb.

Finlandiyanın Baş naziri Sanna Marin ölkəsinin üzvlük üçün müraciət edib-etməyəcəyi məsələsinə həftələr ərzində qərar verəcəklərini bəyan edib.

Ölkə mediası hazırda Finlandiyanın 200 deputatının təxminən yarısının NATO-ya üzvlüyü dəstəklədiyini, yalnız 12 deputatın buna qarşı olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR