Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir

Finlandiya Prezidenti Ərdoğanla görüşmək istəyir
# 15 may 2022 15:36 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinisto ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirəyə hazır olduğunu bildirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Finlandiya Prezidenti deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu məsələyə dair açıqladığı problemləri müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin mümkün NATO üzvlüyünə müsbət baxmadığını bildirib. Türkiyə Prezidenti qeyd edib ki, Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR