Finlandiya Prezidenti Putinə zəng edəcək: “Qərar verib gizlənən adam deyiləm”

Vladimir Putin, Sauli Niinistö

© APA | Vladimir Putin, Sauli Niinistö

# 13 may 2022 18:26 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti İsveçin TT xəbər agentliyinə müsahibəsində deyib.

Finlandiya dövlət başçısı bildirib ki, o, Putinə, hər ikisinin də bildiyi kimi, vəziyyətin dəyişdiyini demək niyyətindədir. Finlandiya Prezidenti bu planına haqq qazandıraraq qeyd edib ki, o, bununla göstərmək istəyir ki, qərarlar verib gizlənən adam deyil.

Lakin Finlandiya Prezidenti nə vaxt zəng etmək niyyətində olduğunu açıqlamayıb.

Qeyd edək ki, Prezidentlər arasında sonuncu dəfə telefon danışığı mart ayında baş tutub.

Xatırladaq ki, mayın 12-də Prezident Niinistö və Baş nazir Sanna Marin birgə bəyanatda bildiriblər ki, Finlandiya təcili olaraq NATO-ya üzv olmaq üçün müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR