Finlandiya Prezidenti Stoltenberqlə NATO üzvlüyünü müzakirə edib

Finlandiya Prezidenti Stoltenberqlə NATO üzvlüyünü müzakirə edib
# 31 oktyabr 2022 19:07 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Finlandiyanın dövlət başçısı "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası və ölkənin NATO müttəfiqi kimi gələcək rolu müzakirə olunub.

“Biz həmçinin Qara dənizdən taxıl daşımalarının davam etdirilməsinin vacibliyini və müharibə ilə bağlı son vəziyyəti müzakirə etdik”, - Finlandiya Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR