Finlandiya Prezidenti Ukraynaya "Leopard" tanklarının tədarükü barədə danışıb

Finlandiya Prezidenti Sauli Niinistö

© APA | Finlandiya Prezidenti Sauli Niinistö

# 12 yanvar 2023 19:33 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya "Leopard" tanklarının tədarükü barədə danışıb.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidenti STT xəbər agentliyinə bildirib.

Finlandiyanın dövlət başçısı deyib ki, əgər tankların tədarükü ilə bağlı Avropa ölkələri tərəfindən hər hansı koalisiya, təşəbbüs yaradılarsa, o zaman Finlandiyanın da bu təşəbbüsə töhfə verməsi lazım olacaq, ancaq hərbi texnika müəyyən şərtlərlə Ukraynaya verilə bilər.

Lakin Prezidentin fikrincə, tədarük olunacaq "tankların sayı çox ola bilməz, çünki Finlandiya Rusiyanın sərhəd qonşusudur və hələ NATO üzvü deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR