Finlandiya Prezidenti: “YPG və digər terror təşkilatlarına yardım etməyəcəyik”

Sauli Niinistö

© APA | Sauli Niinistö

# 01 iyul 2022 17:28 (UTC +04:00)

“Finlandiya xalqı terrorla mübarizədə daha sərt davranmaq lazım olduğunu anlayır”.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Türkiyənin NTV kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Finlandiya YPG və ya digər təşkilatlara yardım göstərməyib və bundan sonra da göstərməyəcək.

Finlandiya Prezidentinin sözlərinə görə, ölkəsi sadəcə beynəlxalq təşkilatlar vasitəsilə kürd xalqına, peyvəndlər də daxil olmaqla, humanitar yardım göndərib və bu yardımları etməyə davam edəcək.

Niinistö əlavə edib ki, üç ölkə tərəfindnə imzalanan anlaşmaya əsasən, yaradılacaq mexanizmə digər ölkələrin də dəvət olunmasını istəyir. Onun sözlərinə görə, Finlandiya terroru və Türkiyədə yaşanan terror aktlarını son dərəcə ciddiyə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR