Finlandiya Rusiyadan olan turistlər üçün sərhədini bağlayır - YENİLƏNİB - VİDEO

Finlandiya Rusiyadan olan turistlər üçün sərhədini bağlayır - YENİLƏNİB  - VİDEO
# 29 sentyabr 2022 15:29 (UTC +04:00)

Finlandiya hökuməti 30 sentyabrdan etibarən rusiyalı turistlər üçün sərhədlərin bağlanacağını təsdiqləyib.

APA “Helsingin Sanomat”a istinadən xəbər verir ki, Finlandiya XİN rəhbəri Pekka Haavisto qərarın qəbul edilməsini təsdiqləyib.

“Polşa və Baltikyanı ölkələrin rusiyalı turistlərə sərhədləri bağlamasından sonra, ölkələrarası münasibətlərə xələl gəlməməsi üçün Finlandiya da bu qərarı qəbul etdi”, – XİN rəhbəri açıqlama verib.

Rusiya vətəndaşlarının turist vizaları ləğv olunacaq. Finlandiya vizası almış Rusiya vətəndaşları digər ölkələr vasitəsilə Avropaya keçə bilməyəcəklər. Həmçinin o da qeyd olunub ki, Rusiya vətəndaşları bir sıra istisna hallarda Finlandiyaya gələ biləcək. Onlar ailə vəziyyəti ilə əlaqədar, təhsil, iş, müalicə ilə bağlı və humanitar səbəblərlə sərhədi keçə biləcəklər.

Xatırladaq ki, Rusiyanın quru sərhədlərinin açıq olduğu yeganə Avropa İttifaqı ölkəsi Finlandiya idi. Bundan öncə isə Latviya, Litva, Estoniya və Polşa kimi ölkələr rusların ölkəyə daxil olmasını məhdudlaşdırmışdılar.

***

11:18

Finlandiya Rusiyadan olan turistlər üçün sərhədini bağlayır.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Finlandiya KİV-i məlumat yayıb.

Bildirilib ki, bu gecədən etibarən Finlandiya rusiyalı turistlər üçün sərhədini bağlayacaq.

Fərid Əkbərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR