Finlandiya Ukraynanın enerji sektorunu dəstək üçün 4,5 milyon avro ayıracaq

Finlandiya Nazirlər Kabineti

© APA | Finlandiya Nazirlər Kabineti

# 08 dekabr 2022 17:10 (UTC +04:00)

Finlandiya hökuməti Ukraynanın enerji sektorunu dəstəkləmək üçün rəsmi Kiyevə 4,5 milyon avro ayıracaq.

APA xəbər verir ki, bunu Finlandiyanın əməkdaşlıq və xarici ticarət naziri Ville Skinnari bildirib

Maliyyə yardımı Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondu (E5P) vasitəsilə həyata keçiriləcək. Bu fond 2010-cu ildən yerli enerji təhlükəsizliyi layihələrini dəstəkləyir.

O həmçinin qeyd edib ki, Finlandiya Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Regional Tərəfdaşlıq Fondu (E5P) çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya da dəstək göstərir.

“Biz həmçinin Ukraynanın enerji sektorunun səmərəliliyinin artırılması üzərində işləyirik - ölkədə istilik təchizatının yaxşılaşdırılması və enerjiyə qənaət edən ictimai nəqliyyatın inkişaf etdirilməsi üçün həll yollarını axtarırıq”, - Skinnari əlavə edib.

Finlandiya E5P fondu çərçivəsində Ukrayna ilə yanaşı Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya da dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR