Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini elan edib

Finlandiya Ukraynaya 12-ci hərbi yardım paketini elan edib
# 20 yanvar 2023 11:48 (UTC +04:00)

Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib.

APA Finlandiya hökumətinin saytına istinadən xəbər verir ki, hökumətin təklifi ilə Prezident bu barədə qərar qəbul edib.

Bu, Ukraynaya çatdırılacaq 12-ci müdafiə materialı paketi olacaq.

"Təxmin edilir ki, bu çatdırılmada yer alan imkanları əvəz etmək Finlandiyaya 400 milyon avrodan çox başa gələcək. İndiyə qədər təqdim edilən bütün müdafiə materialı paketlərinin ümumi dəyəri 590 milyon avro təşkil edir", - hökumətin saytında bildirilib.

Finlandiyanın müdafiə naziri Mikko Savola isə deyib ki, Ukraynanın öz ərazisini müdafiə etmək üçün dəstəyə ehtiyacı var və hazırkı müdafiə dəstəyi paketi bu günə qədər ölkənin göndərdiyi ən böyük hərbi yardımdır. "Finlandiya Ukraynaya ağır artilleriya və döyüş sursatları verir", - o qeyd edib.

Əməliyyat təhlükəsizliyinə görə, çatdırılmanın məzmunu, çatdırılma üsulu və ya cədvəli haqqında məlumat verilməyəcək.

Müdafiə naziri vurğulayıb ki, hərbi yardımla bağlı qərar qəbul edilərkən həm Ukraynanın ehtiyacları, həm də Finlandiyanın Müdafiə Qüvvələrinin resursları nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR