Finlandiya Ukraynaya ən böyük hərbi yardım paketini elan edib

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen

© APA | Finlandiyanın müdafiə naziri Antti Kaikkonen

# 17 noyabr 2022 16:13 (UTC +04:00)

Finlandiya Ukraynaya 10-cu hərbi yardım paketini elan edib.
APA xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Kaikkonen bildirib.
"Ukraynanın özünü müdafiəsi üçün hələ də yardıma ehtiyacı var", finlandiyalı nazir vurğulayıb. O deyib ki, yeni hərbi yardım paketi indiyə qədər verilən dəstəyin ən böyüyüdür.
Finlandiya mətbuatı yeni yardım paketinin 55,6 milyon avro dəyərində olduğunu bildirib.
Nazirlik əməliyyat səbəblərini əsas gətirərək, müdafiə texnikasının daşınmasının məzmunu, qrafiki və ya üsulunu ictimaiyyətə açıqlamayıb. Nazirlik çatdırılmanın detallarını da açıqlamayıb və bildirilib ki bu, yardımın təhlükəsiz çatdırılmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, ümumilikdə Finlandiya müharibə başlayandan indiyədək Ukraynaya müdafiə üçün təxminən 160,4 milyon avro yardım edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR