Finlandiya Ukraynaya enerji avadanlıqları göndərib

Finlandiya Ukraynaya enerji avadanlıqları göndərib
# 16 mart 2023 16:08 (UTC +04:00)

Finlandiya hökuməti Ukraynaya günəş enerjisi stansiyası və enerji sektoruna aid digər avadanlıqlar göndərib.

APA xəbər verir ki, bu barədə məlumat Finlandiyanın Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində dərc edilib.

Qeyd olunub ki, göndərilən avadanlıqların gələn həftə ərzində Ukraynaya çatacağı gözlənilir ki, bu avadanlıqlar elektrik enerjisinin kəsilməsi zamanı mühüm sistemlərin işləməsini təmin edən “ağıllı” sistemlə təchiz edilib.

Finlandiyanın DİN rəhbəri Krista Mikkonen öz növbəsində qeyd edib ki, Ukraynada müharibə başlayandan Finlandiya bu ölkəyə enerji sektorunda ən çox yardım edən ölkələrdən biri olub:

“Rusiyanın Ukraynaya hücumu ölkənin enerji obyektlərini və elektrik şəbəkəsini məhv edib. Elektrik enerjisinin genişmiqyaslı kəsilməsi bütün ölkənin və mülki əhalinin həyatına mənfi təsir edib”.

Həmçinin əlavə edilib ki, göndərilən avadanlıq “PlayGreen” Fin şirkəti tərəfindən təqdim edilib.

Xatırladaq ki, son bir neçə həftə ərzində Finlandiyadan Ukraynaya 77 ədəd transformator, iri ölçülü ehtiyat enerji avadanlıqları, istilik və buxar istehsal edən mobil qurğular ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR