Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib - YENİLƏNİB

Finlandiya və İsveç Türkiyənin tələbini qəbul edib - YENİLƏNİB
# 28 iyun 2022 22:59 (UTC +04:00)

Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir.

Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

İsveç təsdiq edir ki, yeni və daha effektiv “Terror Cinayətləri Qanunu” iyulun 1-dən qüvvəyə minəcək.

Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi məlumatlar, sübutlar və kəşfiyyat məlumatları nəzərə alınmaqla, terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərinə tez bir zamanda baxacaq.

Bundan əlavə, İsveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq.

***

Saat 22:24

Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli memorandum imzalanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu memorandum Madriddə Finlandiya və İsveçin NATO-ya üzvlük proseslərinə dair çərçivədə imzalanıb.

Sənədə üç ölkənin xarici işlər nazirləri imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR