Finlandiya XİN rəhbəri prezidentliyə namizəd olacağını deyib

Pekka Haavisto

© APA | Pekka Haavisto

# 08 iyun 2023 13:05 (UTC +04:00)

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkədə keçiriləcək prezident seçkilərində namizəd olacaq.

APA "yle.fi"yə istinadən xəbər verir ki, Haavisto bu barədə bu gün keçirdiyi mətbuat konfransında elan edib.

Pekka Haavisto seçicilər assosiasiyasının namizədi kimi seçkilərə qatılır.

Sorğuların nəticəsinə görə Haavisto ən çox dəstəklənən namizəddir. O, 2019-cu ilin yayından xarici işlər naziri vəzifəsində çalışır.

Qeyd edək ki, Finlandiyada prezident seçkilərinin birinci turu 2024-cü ilin yanvarın 28-də keçiriləcək.

65 yaşlı Haavisto bundan əvvəl 2012 və 2018-ci il seçkilərində prezidentliyə namizəd olub. 2012-ci ilin prezident seçkilərində ikinci turda Haavisto Sauli Niinistöyə uduzub. Hazırkı Prezident Niinistonun rəqibi kimi Haavisto ikinci turda bir milyondan bir qədər çox səs toplayıb.

2018-ci il prezident seçkilərində də Haavisto yenidən ikinci ən çox səs toplayan namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR