Finlandiya XİN rəhbəri: “Türkiyənin terrorla bağlı narahatlıqlarına ciddi yanaşırıq”

Pekka Haavisto

© APA | Pekka Haavisto

# 05 iyul 2022 14:09 (UTC +04:00)

Türkiyə ilə uzunmüddətli əməkdaşlığımız var. Türkiyə ilə hər zaman yaxın təmasda olmuşuq.

APA xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya bu gün keçirilən mətbuat konfransında bildirib.

O, Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başladılmasında Finlandiyanın fəal iştirakını və bunu təşviq etdiyini diqqətə çatdırıb.

XİN rəhbəri bu il bir neçə dəfə Türkiyəyə səfər etdiyini xatırladıb.

“Hazırda da bu prosesdə yaxın təmaslarımız davam edir. Biz Türkiyənin terrorla bağlı üçtərəfli memorandumda da qaldırdığı narahatlıqları anlayırıq, buna ciddi yanaşırıq və bu istiqamətdə işləyirik. Mən ümid edirəm ki, biz danışıqlarımızda irəli gedəcəyik”, - fin nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR