Finlandiyada NATO-ya üzvlüklə bağlı dinləmələr keçirilib

 Finlandiyada NATO-ya üzvlüklə bağlı dinləmələr keçirilib
# 17 may 2022 05:19 (UTC +04:00)

Finlandiya parlamentində ölkənin NATO-ya üzvlüyü ilə bağlı gərgin müzakirələr aparılıb.

APA-nın xəbərinə görə, debatlar 14 saatdan çox davam edib. İclasda 212 nəfər nitq söyləyib.

İclasın sonunda parlament xarici işlər komissiyasından hesabat hazırlamağı tələb edib. Bildirilib ki, müvafiq təkliflər ediləcəyi halda, parlament bu məsələləri səsverməyə çıxara bilər.
Bundan əlavə, hökumətin hazırladığı NATO-ya üzvlüklə dair müraciət sənədi də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR