Finlandiyanın Baş naziri: NATO üzvlüyünə müraciət imkanımızı saxlayırıq 

Baş naziri Sanna Marin

© APA | Baş naziri Sanna Marin

# 03 yanvar 2022 00:03 (UTC +04:00)

Finlandiyanın Baş naziri Sanna Marin bildirib ki, Şimali Atlantika alyansının Avropa İttifaqı ilə hərbi əməkdaşlığı gücləndiyi vaxtda ölkəsi Alyansa üzvlük üçün müraciət imkanlarını saxlamalıdır.

APA-nın xəbərinə görə, bu barədə “Yle” televiziyası məlumat yayıb.

“Biz NATO üzvlüyünə ərizə vermək imkanımızı saxlayırıq. Bizim üçün seçim azadlığını dəyərləndirmək və onu real hesab etmək zəruridir. Çünki söhbət ölkənin təhlükəsizliyi barədə qərar qəbul etməkdən gedir” – deyə, hökumət başçısı bildirib.

Finlandiya prezidenti Sauli Niinistye də, Yeni il müraciətində bildirib ki, Helsinkinin xarici siyasət kursu sabitdir. Finlandiya lazım gəldikdə NATO-ya üzvlüklə bağlı müraciət hüququnu özündə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR