Finlandiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Finlandiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək
# 05 dekabr 2022 23:52 (UTC +04:00)

Finlandiya müdafiə nazirinin Türkiyəyə səfərinin vaxtı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvəti ilə dekabrın 7-8-də müdafiə naziri Antti Kaikkonen Ankaraya işgüzar səfər edəcək.

Müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Müdafiə naziri Kaikkonen Anıt qəbirdə Atatürkün məqbərəsinə əklil qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR