Fransa hökuməti Nigerdəki səfirliyin bütün işçilərini geri çağırıb.
APA xəbər verir ki, bu barədə Prezident Makron məlumat verib.
Qeyd olunub ki, paytaxt Niameydəki səfirliyin bütün işçiləri geri çağırılır.
Həmçinin o da qeyd olunub ki, Fransa ilin sonuna qədər Nigerdən qoşunlarını çıxaracaq.