Fransa istehsalı AMX-10RC zirehli maşınlarının ilk partiyası Ukraynaya çatıb

AMX-10 RC

© APA | AMX-10 RC

# 16 mart 2023 17:50 (UTC +04:00)

Fransa istehsalı AMX-10RC zirehli maşınlarının ilk partiyası artıq Ukraynaya çatıb.

APA xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Milli Assambleyanın Müdafiə Komissiyasının iclasından öncə jurnalistlərə bildirib.

Nazir Fransanın bu ilin yanvar ayının əvvəlində vəd etdiyi, təkərli tanklar kimi tanınan AMX-10 RC zirehli maşınlarının ilk partiyasının artıq Ukraynada olduğunu təsdiqləyib.

Lekornu çatdırılan texnikanın sayını açıqlamadan onlardan bəziləri artıq cəbhə xəttinə göndərildiyini əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR