Fransa Makrona sui-qəsd cəhdində 12 şübhəlini ittiham edib

Fransa Makrona sui-qəsd cəhdində 12 şübhəlini ittiham edib
# 08 sentyabr 2022 05:10 (UTC +04:00)

Fransa Milli Antiterror Prokurorluğu (PNAT) 2018-ci ildə Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda ifrat sağçı qrupun üzvü olduğu iddia edilən 12 nəfəri ittiham edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, ittihamlar 22-62 yaş arası 11 kişi və bir qadına qarşı irəli sürülüb.

Müstəntiqlərin fikrincə, ittiham olunanlar sağçı radikal qurupun üzvü olub.

AFP-nin məlumatına görə, istintaq 2018-ci ilin noyabrında başlayıb. İş üzrə ilkin olaraq 14 nəfər iştirak etsə də, istintaq zamanı prokurorlar iki nəfərə qarşı irəli sürülən ittihamlara baxmaqdan imtina ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR