Fransa parlamenti uyğur soyqırımını tanıyıb - VİDEO

Fransa parlamenti uyğur soyqırımını tanıyıb - VİDEO
# 20 yanvar 2022 21:05 (UTC +04:00)

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya uyğur soyqırımını rəsmi şəkildə tanıyıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, səsvermədə iştirak edənlərdən 169 nəfər layihənin lehinə, 1 nəfər əleyhinə səs verib. 4 nəfər bitərəf qalıb.

Layihənin müəllifləri “Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri” pislədiklərini qeyd ediblər.

Xatırladaq ki, uyğurların soyqırımını indiyədək ABŞ, Kanada və İrlandiya tanıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR