Fransa polisi Parisdə genişmiqyaslı əməliyyat keçirib

Fransa polisi Parisdə genişmiqyaslı əməliyyat keçirib
# 11 iyun 2022 23:57 (UTC +04:00)

Fransa polisi Parisdə turistlərə qarşı soyğunçuluq edən şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirib.

APA “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, əməliyyarlar metro çıxışlarında və Trokadero meydanında keçirilib. Turistlərə qarşı aqressivlik edən, onların çanta və telefonlarını oğurlayan şəbəkənin 16 üzvü saxlanılıb. Əməliyyat zamanı xuliqanların hücumuna məruz qalan turistlərin ifadələri alınıb. Xəsarət yetirilmiş 2 turist xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR