Fransa prezidenti Rumıniyaya səfər edəcək

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 14 iyun 2022 08:27 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron günün ikinci yarısında Rumıniyaya səfər edəcək.

APA “Le Parisien” nəşrinə istinadla bildirir ki, səfər çərçivəsində Makron NATO-nun bazasında xidmət aparan fransız hərbçilərlə görüşəcək. Rumıniyadan sonra dövlət başçısının Kiyevə yola düşməsi gözlənilir. Bu, Makronun Ukrayna münaqişəsi başladıqdan sonra Şərqi Avropaya ilk səfəri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR