Fransa prezidentinin andiçmə mərasiminin bəzi detalları məlum olub  

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 25 aprel 2022 02:06 (UTC +04:00)

Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makronun andiçmə mərasimi ilə bağlı bəzi detallar məlum olub.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, mərasim nisbətən qısa olacaq. Makron təkrar seçildiyi üçün hakimiyyətin təhvil-təslimi aparılmayacaq və yeni prezident qırmızı xalçanın üzərindən addımlamayacaq.

Prosedura görə, Yelisey sarayının Mərasim zalında Konstitusiya Şurasının sədri Loran Fabius yeni dövlət başçısını qarşılayaraq onun seçildiyini rəsmən elan edəcək. Ardınca Makron çıxış edəcək.

Çıxışdan sonra yeni prezident fəxri qarovulun önündən keçəcək, top atəşi açılacaq. Bununla da andiçmə mərasimi başa çatacaq.

Mərasimin dəqiq vaxtı məlum deyil. Lakin Fransa qnunvericiliyinə görə, tədbir ən geci mayın 13-də keçirilə bilər. Həmin tarixdə indiki prezidentin səlahiyyət müddəti başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR