Fransa prezidentliyinə namizəd zorakılığa məruz qalıb

Fransa prezidentliyinə namizəd zorakılığa məruz qalıb
# 06 dekabr 2021 00:40 (UTC +04:00)

Fransa prezidentliyinə namizəd, sağçı Erik Zemmura təbliğat kampaniyası vaxtı hücum olub.

APA-nın “BFM TV”yə istinadla xəbərinə görə, hadisə Vilpent şəhərində baş verib.

Zemmur tribunaya yaxınlaşarkən tamaşaçılardan biri onun üstünə atılaraq yerə yıxmaq istəyib. Lakin mühafizəçilər həmin şəxsi zərərsizləşdirərək zaldan çıxarıblar. O, polis nəzarətinə götürülüb.

Fransa polisindəki mənbələrin xəbərinə görə, saxlanılan şəxsin dəfələrlə qanunsuz hərəkətlərə yol verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR