Fransa ukraynalı pilotların hazırlanması imkanını nəzərdən keçirəcək

Fransa ukraynalı pilotların hazırlanması imkanını nəzərdən keçirəcək
# 31 yanvar 2023 05:42 (UTC +04:00)

Paris ukraynalı pilotlara döyüş təyyarələrini idarə etmək üçün təlim keçmək imkanını nəzərdən keçirəcək.

APA-nın məlumatına görə, bu barədə “Politico” qəzeti Fransa müdafiə naziri Sebastyan Lekornunun köməkçisinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, nazir məsələni ukraynalı həmkarı Aleksey Reznikovla müzakirə edəcək. Nazirlər bu həftə danışıq aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR