Fransa ukraynalılara təlim keçmək üçün 150 hərbçi göndərəcək

Fransa ukraynalılara təlim keçmək üçün 150 hərbçi göndərəcək
# 02 fevral 2023 18:53 (UTC +04:00)

Fransa ukraynalı hərbçilərə təlim keçmək üçün Avropa İttifaqının Hərbi Yardım Missiyası (EUMAM Ukraine) çərçivəsində Polşaya 150 hərbçi göndərəcək.

APA xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukas Yaşina bildirib.

Onun sözlərinə görə, fransalı hərbçilər Polşa Missiyasının əməliyyat komandanlığının - Birləşmiş Silahların Təlim Komandanlığının (CAT-C) nəzarəti altında fransız hərbçilər ukraynalılara təlim keçəcək.

"Biz Fransa ilə birlikdə Rusiyanın təcavüzü qarşısında Ukraynanın müdafiə potensialını gücləndirməyə çalışırıq", - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR