Fransa Ukraynaya hərbi yardımlarını intensivləşdirəcək - YENİLƏNİB

Zelenski, Makron

© APA | Zelenski, Makron

# 30 aprel 2022 18:30 (UTC +04:00)

Fransa Ukraynaya hərbi yardımlarını intensivləşdirəcək.

APA xəbər verir ki, bu barədə Fransanın BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, bu gün baş tutan telefon danışığı zamanı Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenskiyə Fransanın Kiyevə hərbi və humanitar yardımları intensivləşdirəcəyi sözünü verib.

“Makron silahların göndərilməsi və humanitar yardımlarla Ukraynaya dəstəyin artırılması sözünü verib”, - telekanalın öz mənbələrinə istinadən yaydığı məlumatında bildirilib.

Telekanalın xəbərinə görə Ukrayna Prezidenti Vladimir Zelenski Fransaya Ukraynanın müqavimətinə töhfə verən genişmiqyaslı hərbi yardımlarına görə təşəkkür edib.

Telefon danışığı ilə bağlı “Twitter” hesabında paylaşım edən Vladimir Zelenski söhbət zamanı müdafiə sahəsində əməkdaşlıq və Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı müzakirə aparıldığını qeyd edib. O əlavə edib ki, söhbət zamanı Fransa tərəfi ukraynalı hərbçilərin müalicəsi və Rusiyanın müharibə cinayətlərinin araşdırılması ilə bağlı işlərin davam etdirilməsinə hazır olduğunu qeyd edib.

***

17:11

Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə BFM telekanalı Yelisey Sarayına istinadən məlumat yayıb.

“Makron və Zelenskinin telefon danışığı başlayıb”, - deyə bildirilib.

Yelisey Sarayından başqa məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR