Fransa Ukraynaya tədarük edilən haubitsaların istehsalını iki dəfə artıracaq

Fransa Ukraynaya tədarük edilən haubitsaların istehsalını iki dəfə artıracaq
# 25 mart 2023 23:52 (UTC +04:00)

Ölkədə Ukraynaya tədarük edilən Sezar 155 mm-lik özüyeriyən haubitsaların istehsalı iki dəfə artacaq. Artıq ayda səkkiz haubitsa istehsal ediləcək..

APA-nın məlumatına görə, bunu Fransanın müdafiə naziri Sebastian Lekornu “Les Echos” qəzetinə müsahibəsində deyib.

"Nexter tərəfindən Sezar özüyeriyən 155 mm-lik haubitsaların istehsal sürəti ayda indiki dörddən səkkiz ədədə çatdırılacaq" deyə Fransa Müdafiə Nazirliyinin rəhbəri qeyd edib.

Onun sözlərinə görə, 2023-cü ilin sonuna kimi “Mistral” yer-hava raketlərinin istehsalı da iki dəfə artırılacaq və “Ground Master” hava hücumundan müdafiə radarlarının istehsalı sürətləndiriləcək.

Nazir əlavə edib ki, “Aster” yer-hava tipli raketlərin istehsal müddətinin 40 aydan 18 aya endirilməsini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR