Fransa və Britaniya liderləri NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə edib

Fransa və Britaniya liderləri NATO-nun şərq cinahının gücləndirilməsini müzakirə edib
# 05 fevral 2022 17:04 (UTC +04:00)

Britaniyanın baş naziri Boris Conson bu səhər Fransa prezidenti Makronla Ukraynadakı vəziyyətlə bağlı danışıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə baş nazirin ofisindən verilən açıqlamada deyilib.

Bildirilib ki, Liderlər beynəlxalq tərəfdaşlarla apardıqları müzakirələr, o cümlədən Boris Consonun keçən həftə Kiyevə səfəri barədə bir-birlərini məlumatlandırıblar. Onlar razılaşıblar ki, mövcud gərginliyin diplomatik həllinin tapılması əsas prioritet olaraq qalmalıdır.

“Baş nazir və prezident Makron vurğulayıblar ki, NATO Rusiyanın təcavüzü qarşısında birləşməlidir. Onlar Rusiyanın Ukraynaya növbəti müdaxiləsi halında dərhal qüvvəyə minəcək sanksiyalar paketinin hazırlanması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər”,- deyə verilən açıqlamada bildirilib.

Liderlər NATO-nun şərq cinahını gücləndirmək, harada və necə baş verməsindən asılı olmayaraq, müttəfiqlərin Rusiyanın zərərli fəaliyyətindən tam şəkildə müdafiə olunmasını təmin etmək kimi məsələləri müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR