Fransa XİN rəhbəri Kiyevdə Kuleba ilə görüşüb - YENİLƏNİB

Katerin Kolonna və Kuleba

© APA | Katerin Kolonna və Kuleba

# 27 sentyabr 2022 16:11 (UTC +04:00)

Fransanın xarici işlər naziri Katerin Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri "Twitter"də bildirib.

“Ukrayna xarici işlər nazir Dmitri Kuleba ilə görüşümdə Ukraynaya Fransanın humanitar hərbi iqtisadi və diplomatik dəstəyini bir daha bəyan etdim. Fransa Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək və Rusiya tərəfindən təşkil olunan saxta referendumları heç vaxt tanımayacaq”, - o qeyd edib.

***

13:36

Kiyevə səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna Ukrayna Prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşlərdə Ukraynaya yardım yükü daşıyan gəminin göndərilməsini müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Səfər zamanı nazir ukraynalı həmkarı Kuleba və Prezident Zelenski ilə görüşəcək. O, Fransanın Ukraynaya dəstəyi gücləndirmək və xüsusilə Marseldən 1000 ton yardım daşıyan gəminin göndərilməsi barədə qarşı tərəfə məlumat verəcək”, - bildirilib.

Qeyd edək ki, Fransa XİN başçısı bu gün Kiyevə elan olunmamış səfər edib. O, bu barədə "Twitter" hesabında Kiyevdən foto paylaşaraq bildirib.

Fransa XİN isə "Twitter" hesabında qeyd edib ki, XİN rəhbəri ilə yanaşı, Fransa Milli Jandarmasının müstəntiqləri də Ukraynaya gəlib və xanım Kolonna onları Ukrayna Baş prokuroru Andrey Kostinə təqdim edib.

Müstəntiqlərin sentyabrın 28-də İzyum bölgəsinə yerləşdiriləcəyi qeyd olunub.

“Fransa cəzasızlıqla mübarizədə Ukraynanın yanındadır”, - XİN qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR