Fransa XİN: Danimarkanın Kiyevə “Caesar” tədarükünə dair qərarı sıx məsləhətləşmələrin nəticəsidir

Fransa XİN: Danimarkanın Kiyevə “Caesar” tədarükünə dair qərarı sıx məsləhətləşmələrin nəticəsidir
# 20 yanvar 2023 22:56 (UTC +04:00)

Danimarkanın Ukraynaya Fransa istehsalı olan 19 ədəd özüyeriyən “Caesar” artilleriya qurğusunu çatdırmaq qərarı Fransa ilə əməkdaşlıq çərçivəsində qəbul edilib.

APA-nın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyində keçirilən brifinqdə məlumat verilib.

“Ukraynanın dəyişən ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq üçün hərbi yardım üzrə tərəfdaşlar arasında dialoq davam edir. Danimarkanın qərarı Paris və Kopenhagen arasında sıx məsləhətləşmələrin nəticəsidir”, - Fransa XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR