Fransada 2 qırıcı havada toqquşub

Fransada 2 qırıcı havada toqquşub
# 23 may 2022 01:47 (UTC +04:00)

Fransa HHQ-nə məxsus 2 “Rafale” qırıcı təyyarəsi havada toqquşub.

APA-nın ladepeche.fr-ə istinadla xəbərinə görə, hadisə Konyak şəhəri yaxınlığındakı aeroportda baş verib.

Təyyarələrdən biri digərinin quyruq hissəsi ilə toqquşub. Nəticədə təyyarənin bir neçə detalı qoparaq yerə düşüb. Hər 2 qırıcı təhlükəsiz şəkildə aerodroma enib. Toqquşma səsi yerli sakinlər arasında həyəcana səbəb olub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR