Fransada 4000 hektara yaxın meşə ərazisi yanıb - FOTO

Fransada 4000 hektara yaxın meşə ərazisi yanıb - FOTO
# 15 iyul 2022 07:08 (UTC +04:00)

Avropa qitəsinə təsir edən isti hava səbəbindən Fransanın Gironde bölgəsində yanğınların miqyası genişlənib.

APA xəbər verir ki, alovun gücləndiyi bölgələrdə yollar bağlanıb.

Gironde bölgəsində 2 fərqli nöqtədə baş verən yanğın nəticəsində təxminən 4 min hektar ərazini əhatə edib.

Landiras qəsəbəsi ətrafında baş verən yanğınla əlaqədar 500 nəfər evlərindən təxliyə edilib. Alov indiyədək 2100 hektar ərazini yandırıb.

Bəzi böıgələrdə yanğını nəzartətə almaq çətinləşib.

5 düşərgədən ehtiyat tədbiri olaraq 6 min insan təxliyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR