Fransada at əti satanlara hökm oxunub

Fransada at əti satanlara hökm oxunub
# 22 iyun 2022 08:28 (UTC +04:00)

Fransanın Marsel şəhər məhkəməsi Avropanın ən böyük at əti mafiyasına hökm oxunub.

APA xəbər verir ki, ittiham olunanlar arasında qəssablar, veterinarlar və vasitəçilər də var. Şəbəkə üzvləri istehlaka yaramayan heyvan ətlərinin saxta sənədlə müxtəlif Avropa ölkələrində satışını həyata keçiriblər.

Məhkəmənin hökmü ilə şəbəkənin başçısı 5 il azadlıqdan məhrum edilməklə 100 min avro cərimələnib. Onun 5 il ərzində Fransada yaşaması və təkrarən qəssablıqla məşğul olması qadağan edilib.

Dəstənin digər üzvləri 4 aydan 4 ilədək şərti olaraq azadlıqdan məıhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR