Fransada dünyanın ən böyük stridiyası tutulub

Fransada dünyanın ən böyük stridiyası tutulub
# 27 dekabr 2021 15:26 (UTC +04:00)

Dünyanın ən böyük stridiyası (molyusklar tipinin ikitaylılar sinfinə aid olan ilbiz – red.) Fransanın qərb sahilində, Karantek kommunasında tutulub.

"APA-Economics" xəbər verir ki, bu barədə "24matins" internet portalı məlumat yayıb.

Tapıntının çəkisi 2 230 qram təşkil edir. Bu, həmin çimərlikdə tutulan və ötən il rekord vuran molyuskdan 10-15 qram ağırdır. Müqayisə üçün qeyd edək ki, adi bazarda satılan ən böyük stridiyalar adətən 150 qramdan bir qədər ağır olur.

Yeni "stridiya kralı"nın qabığının uzunluğu 26,5 sm, eni 13 sm, qalınlığı isə 10 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR