Fransada elektrik enerjisi 40% bahalaşa bilər

Bruno Le Maire

© APA | Bruno Le Maire

# 07 yanvar 2022 15:21 (UTC +04:00)

Fransa hökuməti enerji qiymətlərindəki artımın iqtisadi və sosial nəticələrindən narahatdır.

APA-nın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın maliyyə naziri Bruno Le Maire keçirdiyi mətbuat konfransında deyib.

"Əgər yaxın günlərdə bir həll tapmasaq, fransızlar elektrik ödənişlərində 35-40% artım görəcəklər. Bu, mütləq fövqəladə haldır, çünki elektrik enerjisinin qiymətindəki partlayış nə ev təsərrüfatı, nə də biznes üçün yaxşı deyil”, - deyə nazir bildirib.

Ölkədə prezident seçkilərinə dörd aydan az vaxt qaldığı bir müddətdə nazir yaşayış xərclərinin artmasının sosial nəticələri barədə də xəbərdarlıq edib.

"Qazaxıstanda baş verənlərə baxın; enerji, elektrik və ya qaz qiymətlərində "partlayış"ın nəyə gətirib çıxaracağı baxımından olduqca nümunəvidir. Bu, siyasi cəhətdən təhlükəlidir", fransalı nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR