Fransada etiraz aksiyalarında 150 polis xəsarət alıb - VİDEO - YENİLƏNİB

Fransada etiraz aksiyalarında 150 polis xəsarət alıb - VİDEO  - YENİLƏNİB
# 24 mart 2023 01:00 (UTC +04:00)

Fransanın böyük şəhərlərində baş verən etiraz aksiyalarında 150 polis xəsarət alıb.

APA-nın xəbərinə görə, bunu Fransanın daxili işlər naziri Jerar Darmanin deyib.

Nazir bildirib ki, aksiyalar zamanı polisə daş, şüşə və Molotov kokteyli atılıb. Paris, Tuluz və Lyonda bir çox iş yerinə ziyan vurulub.180 etirazçı saxlanılıb.

Aksiyalarda DİN-in məlumatına görə 1 milyon, həmkarlar təşkilatlarının hesablamalarına görə isə 3,5 milyon nəfər iştirak edib.

***

21.01

Fransanın böyük şəhərlərində pensiya islahatlarına qarşı etirazlar davam edir.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, son aksiyalarda iştirak edənlərin sayı 820 000 nəfəri keçib.

Həmkarlar təşkilatları bildirir ki, prezident Emmanuel Makronun israrı etirazçıların sayının artmasına səbəb olub.

Polislə etirazçılar arasında ən ciddi toqquşma Parisin Opera meydanında olub. Burada aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və tüstü bombaları tətbiq edilib. Parisdə 26, Lyonda 11 etirazçı saxlanılıb.

Tətil səbəbindən qatarların hərəkətində ciddi ləngimə yaranıb, Tuluzda 37 000 abonentin elektriki kəsilib. Dəmiryolçuların 25%-i, elektrik şəbəkəsi əməkdaşlarının isə 23%-i işi tətil edib. Aksiyaya qoşulanların sayı artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR